1111

Ümummilli lider Heydər Əliyevin bu kəlamı məktəb müdiriyyəti, müəllim, kitabxanaçı, hər bir şagird üçün bir konsepsiyaya çevrilmişdir. Məktəb kitabxanası şagirdlərin və müəllimlərin axtardıqları məlumatları tapmağa müvəffəq olduqları bir məkandır. Məram və məqsədi aid olduğu təhsil ictimaiyyətinin tələblərinə cavabdeh olmaq və bu cəmiyyətin hər bir üzvünə xidmət etməkdir. Məktəbimizin zəngin kitabxanası var. Bu kitabxanada 60 minə yaxın adda bədii əsər, dərslik, dövrü mətbuat materaialları və digər resurslar var. Kitabxanamızın minə yaxın üzvü var. Biz kitabxanaçılar çalışırıq ki, məktəb rəhbərliyi və müəllimlərlə birlikdə dərslik və təhsilə aid materiallardan ibarət kitabxana fondunun yaradılması və təkmilləşdirilməsi istiqamətində siyasəti həyata keçirək. Fondun idarə olunması siyasəti dərs planı və məktəb ictimaiyyətinin konkret tələb və maraqları ilə əsaslanmışdır. Çalışırıq ki, yerli istehsal olunmuş resurslarla yanaşı, məktəb kontingentinin tələbatına uyğun beynəlxalq səviyyədə istehsal olunmuş dünya xalqlarının ədəbi, elmi-mədəni irsini özündə əks etdirən və qədim xalqların oxşar cəhətlərini təmsil edən dövlət, etnik, mədəni, linqvistik və s. əhəmiyyətli resurslarla da fondumuzu zənginləşdirək. Məktəbimizin kitabxanası kitabxana texnikası, kompüter və İnternetlə təmin olunub. Elektron texnologiyaların köməyi ilə real zaman miqyasında fəaliyyət göstərən virtual sorğu xidməti yaradılıb.
Kitabxanamızın sahəsi çox genişdir, fondun və oxu zalının təşkili üçün yer kifayət qədərdir. Oxucu formulyarı və kataloq kartoçkaları eləcə də şagirdlərin və müəllimlərin işini yüngülləşdirmək üçün kitabxana fondunu əks etdirən məlumat-biblioqrafiya aparatı da var.Təhsil naziri Mikayıl Cabbarov cənablarının 16 dekabr 2014-cü il tarixində “Ümumtəhsil məktəbləri şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” müvafiq əmr imzalamışdır. Kitabxanamız müvafiq əmrin icrası istiqamətində bir sıra kütləvi tədbirlər (diskussiyalar, konfranslar, viktorinalar və s.) keçirildiyi mərkəzə çevirmişdir. Hətta müəllimlər sinifdənxaric oxu dərslərini kitabxanada keçirlər. Bu da şagirdlərin mütaliəyə maraqlarını artırır. Biz çalışırıq ki, kitabdan başqa, informasiya mənbələrindən, bədii və sənədli, nəşr və elektron informasiya, lokal və məsafəli informasiyalardan istifadəni təmin edək, dərslik və tədris materiallarında əks etdirilən məlumatları daha da dolğunlaşdıraq. Hər bir şagirdin kitabxananı müqəddəs bir yer-mənəviyyat, zəka, bilik mənbəyi hesab etməsi üçün var qüvvəmizlə çalışırıq.