“Yaşıl dalğa”

06.10.2019 -cu il tarixdə

dənizkənarı Milli Parkda gənclər arasında ətraf mühit və mənfi ekoloji tendensiyaların sağlamlığa təsiri ilə bağlı maaarifləndirmə tədbirləri çərçivəsində “Sərhədsiz diplomatiya” Beynəlxalq Uşaq Diplomatiyası Mərkəzinin , Bakı Avropa Liseyinin təşəbbüsü və Dənizkənarı Bulvar İdarəsinin, Azərbaycan Milli Elmlər Akademiyasi Botanika İnstitutunun və Mərkəzi Nəbatat Bağının dəstəyi ilə “Yaşıl dalğa” ekoloji hərəkatının növbəti ikinci aksiyası keçirilib. Dünya Yaşayış Məskənlərinin Müdafiəsi Gününə həsr olunmuş ilk tədbir 12 oktyabr 2018-ci il tarixində keçirilmişdir. Azərbaycanın endem bitkilərinin qorunmasını təbliğ edən ekoloji aksiyanın əsas məqsədi bəşəriyyətin gələcək inkişafının qayğısına qalmaq və qlobal ekosistemin tarazlaşdırılmasının bərpası estafetini qəbul edəcək gənc nəslin diqqətini ətraf aləmin bugünkü problemlərinə cəlb etməkdir.
Qeyd edək ki, hər il 6 oktyabr Dünyada Yaşayış Məskənlərinin Müdafiəsi Günü kimi qeyd edilir. Bu günlərdə bəşəriyətin diqqətini Yer planetinin flora və faunasının qorunması probleminə cəlb etmək məqsədi ilə müxtəlif ölkələrdə beynəlxalq bayram keçirilir. Azərbaycanda ekoloji problemlərə ölkə rəhbərliyi tərəfindən daima diqqət yetirilir. Aksiya zamanı şagirdlərə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Ekologiyanın müdafiyəsi – xalqın sağlamlığının, milli genefondun müdafiəsi deməkdir.”fikrinin əhəmiyyəti aşılanıb.
Aksiyada Bakı Avropa Liseyinin, Müasir Təhsil Kompleksinin, Bakı şəhərinin 6 və 132-134 nömrəli məktəblərinin 200-dən çox şagirdi iştirak edib.Tədbir iki hissədən ibarət idi. “Vernisaj” adlanan ilk hissəsində şagirdlərin bir hissəsi Dəniz kənarı Milli Parkda Azərbaycanın endem florasına aid çəkdikləri rəsmlər sərgilənib. Sonra Şəkillər səriştəli münsiflər heyəti tərəfindən qiymətləndirilmişdir. Ən maraqlı şəkillərin müəllifləri xüsusi sertifikatlarla təltif olunmuşdur.
Daha sonra AMEA-nın Botanika İnstitutunun əməkdaşı şagirdlərə Azərbaycan endemləri barədə interaktiv mühazirə keçib.
Aksiya iştirakçılarinin digər qismi Azərbaycanın “Qırmızı Kitabı”na salınan və digər endem bitkilərin 50 yaxın tinglərini (dəmir ağacı, Lənkəran akasiyası, nar agacı, şabalıdyarpaq palıd, sərv ağacı, Eldar şamı və s.) mütəxəsislərin köməyi ilə Dənizkənarı Milli Parkda xüsusi ayrılmış sahədə əkdilər. Tədbir zamanı əkilən bitkilər və tinglər AMEA-nin Mərkəzi Nəbatat bağının və Dənizkənarı Bulvar İdarəsinin hədiyyəsidir.

SORĞU

How Is My Site?

Nəticələrə Baxmaq

Loading ... Loading ...