“Doğma Vətən” layihəsi

Press-reliz

“Doğma Vətən” layihəsinə start verildi
Cari ilin fevral ayının 28-də T.İsmayılov adına 6 №-li məktəb-liseyin təşkil etdiyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məktəbin məzunu olmasının 40 illiyinə həsr olunan “Doğma Vətən” layihəsinin təntənəli açılış mərasimi olacaqdır.
“Doğma Vətən” layihəsinin əsas məqsədi məktəblilər arasında ölkəmizin müxtəlif guşələrinin daha yaxından tanıtmaq, şəhər və rayonlarımızın tarixini, mədəniyyətini, adət-ənənələrini, turizm potensialını təbliğ etmək və məktəb-liseyin şagirdlərinin regionlarda fəaliyyət göstərən mədəniyyət obyektlərinə səfərini təşkil etməkdir.
“Doğma Vətən” layihəsinin açılış mərasimində Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeçiliyində fəaliyyət göstərən bir sıra mədəniyyət müəssisələri vasitəsilə Masallı rayonunun tarixin, mədəniyyəti, turizm potensialı, adət-ənənələri, folkloru, mətbəx nümunələri, habelə təbiət və mədəniyyət abidələrinin maketləri nümayiş olunacaq və aktual temalar üzrə xüsusi kitab sərgisi təşkil olunacaqdır. Eyni zamanda tədbirdə “Masallı” ansamblının müşayiəti ilə Miriş Hüseynov (“Kirpiklərin oxdur”, “Xalq Heydər söyləyəck” mahnıları), Aysel Nərimanova ifa edəcək, “Halay” xalq folklor kollektivi “Lolo” folklor rəqsini və “Dilşadi” xalq rəqsini ifa edəcək, oğlanlardan ibarət “Bizim Masallı” rəqs kollektivi də maraqlı rəqs nömrəsi ilə çıxış edəcəkdir.
Şagirdləri mütaliəyə təşviq etmək və yeni kitablar haqqında məlumatlandırmaq üçün Masallı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən məktəbin foyesində maraqlı kitab sərgisi təşkil olunacaqdır.
Bundan başqa, məktəbin foyesində şagirdlər üçün dulusçuluq, əl işləri, ağac üzərində oyma, sandıq, rəsm əsərləri, həsir məmulatları və Masallı rayonu barədə informativ videoçarx nümayiş etdiriləcəkdir. Həmçinin Masallı rayonunun özünəməxsus mətbəxinin ləziz təamları (balıq, quş və cücə ləvəngisi, çığırtma, ənənəvi plov, lobya plovu, fisincan və səbzi) təqdim olunacaqdır.
Masallı rayonundan tədbirə təşrif buyurmuş qonaqlara ərməğan etmək üçün 6 №-li məktəb-liseyin şagirdləri Aysu Usubova “Sarı gəlin” xalq mahnısını, Səidə İmanova isə gitarada Azərbaycan mahnılarını ifa edəcəklər.
6 №-li məktəb-lisey ilə Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindəki kitabxanalar arasında işgüzar münasibətlər və sıx əməkdaşlıq mövcuddur. Məktəb və kütləvi kitabxanalar arasındakı mövcud münasibətlər məhz bu tədbirlərin fonunda yeni istiqamətdə və yeni müstəvidə davam etdiriləcəkdir.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi İş planına müvafiq olaraq kütləvi kitabxanalar vasitəsilə təhsil müəssisələrində Azərbaycanın turizm potensialını təbliğ edən sərgilər və tədbirlərin təşkilini həyata keçirir.

Təşkilat komitəsi

SORĞU

How Is My Site?

Nəticələrə Baxmaq

Loading ... Loading ...