Gənc diplomat

02. 12. 2017

Bakı Avropa Liseyində “Gənc diplomat”ların
1-ci forumu.

2 dekabr 2017-ci il tarixində Bakı Avropa Liseyində “ Uşaq diplomatiyası” layihəsinin ilk forumu keçirilmişdi. Layihədə Bakı Avropa Liseyinin direktoru Aygün Mikayılova, layihənin koordinatoru İradə Məmmədova , Bakı Avropa Liseyinin aparıcı elmi rəhbəri Zülfiyyə Veysova və müxtəlif məktəblərdən nümayəndələr iştirak edirdi. Bu forumun məqsədi uşaqlarla birlikdə layihəni maraqlandıran əsas sualları və fəaliyyət planını müzakirə etmək, həmçinin uşaqlara öz qabiliyyətlərini üzə çıxarmağa imkan vermək idi. Forumda hər məktəbdən biri qız, biri oğlan olmaqla iki nəfər nümayəndə iştirak edirdi. 6 № məktəb – liseydən Babazadə Mələk , Paşayev Ələsgər iştirak edirdi. Daha sonra forumda rollu oyun keçirildi, uşaqlar özlərini gənc diplomat rolunda hiss etdilər. Forumun növbəti mərhələsi gözlənilir.

SORĞU

How Is My Site?

Nəticələrə Baxmaq

Loading ... Loading ...