19 dekabr 2019 -ci il “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik
yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 15 noyabr tarixli 689 nömrəli Sərəncamına əsasən məktəbimizdə “Nəsimi yaradıcılığı musiqilərdə”
ədəbi – bədii kompozisiyası keçirilmişdir. Şagirdlərin ifasında gözəl musiqi nömrələri, rəqslər, kompozisiyalar, səhnəciklər və məktəbin xor kollektivinin ifasında “Məndə sığar iki cahan” qəzəli möhtəşəm təqdim olunmuşdur.