Təhsil müəssisələrində gənclər və yeniyetmələr arasında yol-nəqliyyat təhlükəsizliyi mövzusunda maarifləndirmə tədbirlərinin (seminar, “dəyirmi masa”, layihə, təqdimat, müsabiqə, yarış və s.) keçirilməsi

21.04.2019-ci il tarixində

6 saylı məktəb-liseydə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovun rəhbərliyi ilə tədbir həyata keçirildi. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin dəstəyi ilə “Yol hərəkəti qaydalarını yadda saxla və riayət et” mövsuzu altında tədbir baş tutdu.
Tədbirin keçirilməsində əsas məqsəd uşaqların yol hərəkəti qaydaları barədə bilik səviyyəsini və ona əməl etmək bacarıqlarını öyrənmək və eləcə də, təhlükəsiz davranış qaydaları barədə onları maarifləndirmək idi.
Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış çoxsaylı videoçarxlar nümayiş etdirildi, hər videoçarxın nümayişindən sonra şagirdlərə müxtəlif suallar ünvanlandı və şagirdlər tərəfindən suallar cavablandırıldı. Şagirdlərin fəallığı və hazırcavablılığı ilə keçən tədbir həm qonaqlarda, həm də şagirdlərdə yüksək əhval – ruhiyyə yaratdı.
Vaqif Əsədovun rəhbərliyi ilə həyata keçirilən bu tədbir sanki fəal təlim metodlarının tətbiqi ilə reallaşan dərsə bənzəyirdi. Tədbirin sonunda sual – cavabda daha fəal iştirak edən şagirdlərə maraqlı bukletlər və kitablar hədiyyə olundu.

SORĞU

How Is My Site?

Nəticələrə Baxmaq

Loading ... Loading ...