“Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası”

Bakı şəhəri, Səbail rayonu T.İsmayılov adına 6 № li məktəb-liseydə

“Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası”nın tətbiqi ilə bağlı görüşlər təşkil olundu.
1. 08.01.2019- cu il tarixdə ilk olaraq məktəbin direktor müavinləri (Vəliyeva Arzu, Məmmədova Nailə və Əhmədova Lalə) direktorla müzakirə olundu.
2. Növbəti gün 09.01.2019-cu il tarixdə bütün fənn metodbirləşmə sədrləri və direktor müavinlərinin iştirakı ilə direktoryanı müşavirə keçirildi. Hər fənnin xüsusiyyətlərini nəzərə alaraq fənn kafedralarında müəllimlərlə birgə müzakirə aparıb nümunələr təqdim etmək tövsiyə olundu.
3. 11.01.2019-cu il tarixdə Pedaqoji Şura növbədənkənar iclası çağırıldı. Pedaqoji Şurada “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası”nın tətbiqi ilə bağlı təhlillər aparıldı. I yarımilin sonu üçün BSQ-nin siniflərdə əlavə fənnlər seçimi təsdiqləndi və kafedralarda valideynlərlə bir daha müzakirələr tövsiyə olundu.
4. 12.01.2019-cu il tarixdə “Açıq qapı” günü valideynlərə “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası” haqqında maarifləndirici məlumatlar verildi. Metodbirləşmə sədrləri fənn müəllimlərinə əldə etdikləri nəticələrlə məlumat mübadiləsi aparıldı.

SORĞU

How Is My Site?

Nəticələrə Baxmaq

Loading ... Loading ...