UŞAQLARIN SAĞLAM HƏYAT TƏRZİ SAHƏSİNDƏ MAARİFLƏNDİRİLMƏSİ

“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı” çərçivəsində

“Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı” nın icrasını təmin etmək məqsədilə “Şagirdlər arasında dispanserizasiya barəsində maarifləndirmə işinin aparılması” və “Uşaqların dispanserizasiyaya cəlb ediməsi ilə uşaqlar və valideynlər arasında sağlamlıq, xəstəliklərin risk amilləri sahəsində müvafiq mövzular üzrə maarifləndirmə materiallarının yayılması” istiqamətində məktəbimizdə həkim və tibb bacısı Orucova Sədaqət xanımın fəaliyyəti ilə bir sıra tədbirlər keçirilmişdir. Belə ki, həm şagirdlər həm də valideynlərlə onların dispanserizasiyaya cəlb olunması barədə söhbətlər və maarifləndirmə işi aparılmışdır. Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq şagirdlərin pulsuz dispanserizasiyadan keçməsi təmin olunmalıdır. Bunun hər bir şagirdin sağlamlığında vacib bir amil olduğu valideynlərə və eyni zamanda onların özlərinə bildirilmişdir. Həmçinin onların nəzərinə çatdırılmışdır ki, dispanserizasiyanın önəmi ondan ibarətdir ki, vaxtında aşkar olunmayan hər hansı bir xəstəlik uşaqların gələcəkdə sağlamlıqlarına ciddi bir təklükə yarada bilər. Sağlam bir həyata sahib olmaq üçün hər bir insan təmizliyinə, yediyi yeməyə fikir verməli, idman etməlidir. Sonda tibb bacısı qeyd etdi ki, sevdiklərinizlə uzun və sağlam bir həyatı paylaşmaq istəyirsinizsə sağlam yaşamaq üçün nə etməniz lazım olduğu haqqında məlumatları bilməlisiniz. Hər birimizi bir ağac olaraq təsəvvür etsək, hədəflərimiz, ideallarımız və qurduğumuz xəyallar bizim həyata bağlılığımızı təmin edən köklərdir. Köklərimiz hər zaman möhkəm olmalıdır.

SORĞU

How Is My Site?

Nəticələrə Baxmaq

Loading ... Loading ...