6 saylı məktəbin ibtidai siniflərində

kurikulumun tədrisi.

Hazırda Azərbaycan Respublikasında bir çox sahələrdə olduğu kimi, təhsil sahəsində də köklü islahatlar həyata keçirilir. Bu islahatların əsas məqsədi cəmiyyətin ehtiyac və tələbləri nəzərə alınmaqla, təhsilin keyfiyyətini yüksəltmək və onun inkişafını təmin etməkdir. Bununla əlaqədar təhsilin keyfiyyətini şərtləndirən amillərə, ilk növbədə təhsilin məzmununa, müəllim hazırlığına və qiymətləndirmə sistemlərinə yenidən baxılması zərurəti yaranmışdır.

Yeni kurikulumlarda təlim strategiyaları anlayışının işlənməsi və pedaqoji prosesin təşkilində ondan daha səmərəli şəkildə istifadə olunması, ilk növbədə, əsas pedaqoji anlayışlardan biri kimi təhsilin müasir tələblər baxımından izahını tələb edir. Təhsilə özündə dili, milli və bəşəri dəyərləri, bacarıqları ehtiva edən sistem kimi baxılır. Bu dəyərlərin formalaşmasında şəxsiyyətin istiqamətləndirilməsi, mədəniyyəti, dostluq və yoldaşlıq əsas aparıcı prinsiplər kimi çıxış edir.

Təhsil sisteminin əsas pilləsi ibtidai təhsildir. Gözlənilən nəticələri ilə fərqlənən bu pillə bir-birini tamamlayır və ardıcıl olmaqla təhsilin əsasını  təşkil edir. Ona görə də təhsilə bir sistem kimi baxılır.

6 nömrəli məktəbdə ibtidai sinif müəllimlərinin dərs prosesində  demokratikləşmə, humanistləşdirmə, diferensiallaşdırma, fərdiləşmə, sosiallaşma, variativlilik, inteqrativlik və s. aparıcı prinsiplər kimi əsas rol oynayır.

İnsanın sosiallaşma prosesində bəşəri və milli dəyərlərə yiyələnməsi müxtəlif fəaliyyət sahələrində həyata keçirildiyindən təhsilə həm də proses kimi yanaşılır. Onun didaktik əsasını qanunauyğunluq, təcrübilik, məqsədyönlülük, sistemlilik, fasiləsizlik, variativlik, mərhələlilik, fərdilik təşkil edir. Bu da məktəbimizdə sinif sərgiləri, sinif konsertləri, debatlar, görüşlər təşkil etməklə bu dəyərləri uşaqlara aşılayırıq.