6 № li məktəb üzrə I sinfə qəbulun məzmunu

 

Uşağın fiziki, intellektual, emosional iradəsi, şəxsi və sosial psixoloji tərəflərini aşkara çıxarmaq məqsədilə sorğu aparılır.

  1. Fiziki durum dedikdə normal çəki, boy, dəri örtüyü, əzələ tonusu və digər göstəricilər nəzərdə tutulur. Bura eşitmə, görmə və motorika da daxildir. Uşağın əsəb sisteminin vəziyyəti – həyəcanının səviyyəsi, onun müvazinəti, gücü və hərəkətliliyi, ümumi sağlamlığı nəzərdə tutulur.
  2. İntellektual hazırlığı, söz ehtiyatı, xüsusi bacarıqları, dünya görüşü, dərketmə prosesində inkişafı, əyani obrazlı düşüncəsi və müstəqil fəaliyyəti nəzərdə tutulur.
  3. Şəxsi və sosial psixoloji hazırlıq dedikdə yeni sosial mövqenin mənəvi keyfiyyətləri, sərbəst davranışın, yaşıdlar və böyüklərlə ünsiyyətin formalaşması nəzərdə tutulur.

 

 

Ümumiyyətlə məktəbə hazırlıq proqramına aşağıdakılar aiddir:

 

  • normal fiziki inkişaf və hərəkət koordinasiyası;
  • oxuyub öyrənmək həvəsi;
  • öz hərəkətlərini idarə etmək bacarığı;
  • əqli fəaliyyət üsullarına yiyələnməsi;
  • müstəqilliyinin idarə olunması;
  • yaşıdlar və böyüklərlə münasibəti;
  • əməyə münasibəti;
  • fəzada və dəftərdə ölçü vahidləri, zaman, göz ölçüsü və ümumi ölçü vahidlərinin istiqamətləndirmək bacarığı;

 

 

I sinfə qəbul testləri yaddaşın, diqqətin, ümumi dünya görüşün, məntiqi təfəkkürünün yoxlanılmasına xidmət edən testlər vasitəsilə keçirilir. Şagirdin 10 dairəsində say və hesablama qabiliyyəti, nitqi, fikrini ifadə etmək bacarıqları yoxlanılır.

Müsahibə 2 mərhələli olur:

I mərhələni sinif müəllimləri və ibtidai sinif metodbirləşmə sədrləri;

II mərhələni psixoloqlar həyata keçirir.