6 № məktəb-liseydə “ Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans.

6 № məktəb-liseydə

“ Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfransda Səbail rayon icra başçısı , Səbail məktəblərinin direktorları, tarix müəllimləri və bu layihədə iştirak edərək mövzusu kitaba düşmüş şagirdlərin özləri iştirak edərək mövzusu kitaba düşmüş şagirdlərin özləri iştirak edirdilər. Konfrans Azərbaycan tarixindən bu dövrə qədər bir çox dövrləri əhatə edən şəxsiyyətlərin milli geyimdə təqdimatları və üçlü muğam heyətinin “Qarabağ şikəstəsi” ifaları ilə başladı. Bu konfransın keçirilməsində əsas məqsəd Səbail məktəbliləri arasında referat müsabiqəsi nəticəsində mövzu keçmiş 47 şagirdin kitab halında mövzuların çıxmasına həsr olunmasıdır. Məktəbin direktoru Gülşən xanım Orucova tədbiri açdı və bu layihə haqqında məlumat verdi. Ardınca 6 № məktəbdən Mətanət Quliyeva , 7 № məktəbdən Emil Rüstəmli, 91 № məktəbdən Elmira Qoca, 2 № liseydən Yəmən Əzizli çıxış etdilər . Daha sonra Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov çıxış etdi və bu layihənin , bu referat müsabiqəsinin əhəmiyyəti haqqında ətraflı danışıldı. Respublikanın bir sıra aparıcı kanalları –Dövlət Televiziyası, “İctimai” kanal və o cümlədən “Space” telekanalı bunu xəbərlər proqramında işıqlandırdılar. Sonra kitabların müəllif olan şagirdlərə təqdim etmə mərasimi oldu. Tədbir bununla da başa çatdı.

POLL

How Is My Site?

View Results

Loading ... Loading ...