Dekabr ayından etibarən məktəbimizin Tarix müəllimi Ülviyyə İsmayılova və Türkiyədən Çorum/Merkez – Şehit Abdullah Tayyip Olçok Anadolu Lisesinin İngilis dili müəllimi Aslıhan Karanın qurucusu olduğu L.E.A.R.N. adlı beynəlxalq eTwinning layihəsi start götürüb. Projedə ümumilikdə Azərbaycan, Türkiyə və İtaliyadan olmaqla 13 müəllim və 67 şagird iştirak edir. Məktəbimizin 7C sinif şagirdi Abdıyeva Arzu, 8C sinif şagirdləri Qaçayzadə Qəmər, Abdullayeva Nuray, Şivəxanlı Nuray, Hüseynova Sevil layihənin aktiv şagird üzvləridir. Layihənin əsas məqsədi oyun əsaslı öyrənmə və ingilis dili bacarıqlarının inkişaf etdirilməsidir. Layihənin dekabr ayında başlayıb mart ayında yekunlaşması planlaşdırılır. Bu müddət ərzində müxtəlif veb 2.0 alətlərin tanıdılması, internet təhlükəsizliyi haqqında məlumat, bütün məktəblilərin iştirakı ilə ortaq məhsul hazırlamaq planlaşdırılmışdır. Bütün layihə iştirskçılarına uğur arzulayırıq!