Təhsil sistemi

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin nəzdində olan 6№ məktəb lisey Azərbaycan Respublikasının Nazirlər Kabinetinin №   Qərarı ilə təsis olunmuşdur.

Rəsmən İB  akkreditasiyasından keçmişdir.

Təlim dilləri: azərbaycan, rus, ingilis

Təlim Təhsil Nazirliyi tərəfindən dövlət ümumitəhsil məktəbləri üçün təsdiq edilmiş Tədris planları əsasında aparılır.

Məktəb liseyydə tədris üç pillədə aparılır:

-ibtidai ( I-IV siniflər, İB proqramı inteqrasiya olunub)

– Ümumi orta (V-IX siniflər)

– tam orta  (X-XI siniflər)

Tam orta pilləsində təmayüllər üzrə tədris təşkil olunur.

Məktəb-liseyə qəbul hər təqvim ilinin avqust ayında aparılır. Qəbul olunmaq istəyənlər üçün  test imtahanı təşkil olunur.

Tam orta təhsil pilləsində şagirdlərə üç istiqamət üzrə təşkil olunur:

– Texniki təmayül
– Riyaziyyat –iqtisadiyyat təmayülü üzrə
– Humanitar təmayül üzrə
– Təbiət fənləri üzrə təmayül

Tədris ili 15 sentyabr başlayıb 14 iyun tarixində bitir. İl iki yarımilə bölünür.

I yarımil 15 sentyabr- 26 yanvar,

II yarımil 1 fevral – 14 iyun. İl ərzində aşağıdakı tətillər müəyyən olunmuşdur.

Payız tətili 16 20 noyabr

Qız tətili 27-31 yanvar

Yaz tətili (İbtidai siniflər üçün) 1-5  may.

 Dərslər həftənin 5 günü təşkil olunub. Şənbə günləri məktəb-liseydə dərnəklər, seminarlar, müxtəlif təlimlər, dərsdənkənar məşğələlər, valideyn iclasları, açıq qapı günləri  təşkil olunur. Dərslər direktor tərəfindən təsdiq olunmuş cədvə üzrə aparılır. Dərsin müddəti 45 dəqiqədir.

Təhsil Nazirliyinin təlimatına əsasında dərs ili  boyu . Şagirdlərin qiymətləndirilməsi məqsədilə  kiçik summativ qiymətləndirmələr, yarımillərin sonunda isə böyük summativ qiymətləndirmə aparılır. Qiymətləndirmə 100 ballıq şkala əsasında aparılır.