Məktəbimizin fəxri məzunları

100 illik tarixi boyu 6 saylı məktəb-liseyin məzunlarını zirvələrdə görməyə şad oluruq!

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ

Ilham Heydər oğlu Əliyev

İlham Heydər oğlu Əliyev (24 dekabr 1961, Bakı) — Azərbaycanın siyasi və dövlət xadimi, Azərbaycan Respublikasının Prezidenti (2003-cü ildən), Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı.

İlham Əliyev, həmçinin 2003-cü il avqust–noyabr aylarında Azərbaycan Respublikasının Baş naziri olmuş, 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti, 2005-ci ildən isə Yeni Azərbaycan Partiyasının sədridir.

Hafiz Mir Cəlal oğlu Paşayev

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, diplomat, "ADA" Universitetinin rektoru.

Cəmil Əziz oğlu Əliyev

Tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki (2001), Əməkdar Elm xadimi (2000), Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Baş direktoru 1967-ci il buraxılışı .

Ədibə Mir Cəlal qızı Paşayeva

Bakı Dövlət Universitetinin humanitar fakültələr üzrə rus dili kafedrasının müdiri, dosentdir.

Sevil Heydər qızı Əliyeva

"Sevil" Qadınlar Məclisinin sədri, "SOS" Uşaq Kəndləri — Azərbaycan Assosiasiyasının fəxri prezidenti,bəstəkar, Space Televiziyasının qurucusudur. Londonda yaşayır.

Mir Cəlal Əli oğlu Paşayev

yazıçı, ədəbiyyatşünas, filologiya elmləri doktoru (1947), professor (1948), 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar elm xadimi (1969), Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatı (1968).

Samir Rauf oğlu Şərifov

Azərbaycan Respublikasının maliyyə naziri, Qara Dəniz Ticarət və İnkişaf Bankında Azərbaycan Respublikası üzrə təmsilçi direktor.

Eldar Əziz oğlu Əzizov

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı.

Altay Tofiq oğlu Həsənov

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti katibliyinin rəisi, Avropa Gimnastika İttifaqının Apellyasiya Hakimlər Briqadasının üzvü, Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti.

Toğrul Fərman oğlu Nərimanbəyov

Azərbaycan rəssamı, SSRİ və Azərbaycan SSR Dövlət mükafatları laureatı, SSRİ-nin və Azərbaycanın xalq rəssamı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü.

Tahir Teymur oğlu Salahov

Sovet Azərbaycan və Rusiya rəssamı, pedaqoq, professor, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti (1997-2021).

Hicran Kamran qızı Hüseynova

Azərbaycanlı dövlət və siyasi xadim, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri (2006–2020), Azərbaycan Milli Məclisinin VI çağırış üzvü

Muxtar Bahadur oğlu Babayev

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri, Azərbaycan Respublikasının Milli Məclisi IV və V çağırış deputatı, Azərbaycan Alpinizm Federasiyasının prezidenti.

Sevda Yusif qızı Məmmədəliyeva

Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin müavini, alim, fəlsəfə elmləri doktoru, professor, əməkdar incəsənət xadimi, AMEA-nın müxbir üzvü

Andrey Vladimiroviç Sipilin

Azərbaycan Respublikasının Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin sabiq köməkçisiAzərbaycan Respublikasının maliyyə naziri, Qara Dəniz Ticarət və İnkişaf Bankında Azərbaycan Respublikası üzrə təmsilçi direktor.

Çapay Əli oğlu Sultanov

Geologiya-mineralogiya elmlər doktoru, professor, Beynəlxalq Şərq Neft Akademiyasının vitse-prezidenti, Dövlət Mükafatı laureatı, Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi, Şahmat üzrə əməkdar məşqçisi, Beynəlxalq Şahmat Federasiyasının üzvü

Fəxriyə Rafiq qızı Xələfova

Rrəssam-modelyer, əməkdar incəsənət xadimi (2006), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Modelləşdirmə kafedrasının dosenti, "Fakhriya Khalafova" moda evinin təsisçisi.

Çingiz İsgəndər oğlu Əsgərov

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi

Fərhad Əhməd oğlu Vəliyev

Azərbaycanlı futbolçu. "Səbail futbol klubunda qapıçılar üzrə məşqçi

Nazim Ramiz oğlu Ələkbərov

Azərbaycan kino istehsalatı təşkilatçısı.

Zaur Əvəz oğlu Ələkbərov

Beynəlxalq Bankın idarə heyətinin sədrinin müşaviri

Emin Əkrəm oğlu Şəkinski

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Rəisi, polis general-mayoru.

Fuad Rauf oğlu Muradov

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının 4-cü sədri; Azərbaycan Respublikası Milli Məclisinin III, IV və V çağırış deputatı

Umayra Rauf qızı Tağıyeva

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru (2018-ci ildən), Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji təbliğat sektorunun sabiq müdiri (2018), AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, Coğrafiya üzrə fəlsəfə doktoru

Tofiq Bəhram oğlu Bəhramov

Futbol hakimi, futbolçusu, Azərbaycan Futbol Federasiyası Assosisiyasında hakimlərin sədri, daha sonra isə baş katib

Vəhdət Məmmədağa oğlu Sultanzadə

Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri, Rusiyanın Türkiyə Respublikasındakı konsulu, SSRİ-nin Türkiyə Respublikasındakı konsulu, SSRİ-nin İran İslam Respublikasındakı konsulu.

Nigar Vəli qızı Axundova

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, sənətşünaslıq namizədi

Azər Xoşbəxt oğlu Mustafayev

Fəlsəfə elmləri doktoru, professorAzərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru (2018-ci ildən), Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji təbliğat sektorunun sabiq müdiri (2018), AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, Coğrafiya üzrə fəlsəfə doktoru

Valeh Əliəşrəf oğlu Mirzəzadə

Azәrbaycan Endokrinologiya, Diabetologiya vә Terapevtik Tәlimat Assosiasiyasının sədri

Orxan Vidadi oğlu Məmmədov

Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri

Könül Oruc qızı Nurullayeva

Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, Azərbaycan Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi (2009-2016 )

İsrafil Əli oğlu Aşurlı

Alpinist, Azərbaycan Alpinizm Federasiyanın Baş katibi (2022-ci ildən). Azərbaycan Alpinizm Federasiyasının prezidenti (2010–2016), dünyanın ən hündür zirvəsi hesab olunan Everesti və Şimal qütbünü fəth etmiş ilk azərbaycanlı.

İlqar İslam oğlu Fərzəliyev

Azərbaycan Respublikası Milli Məclisində Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiridir.

Eldar Abdulla oğlu Tağızadə

Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.

Məhərrəm Rüfət oğlu Hüseynli

M.Maqomayev adına Beynəlxalq müsabiqənin laureatıdı. 2017-ci ildə Juzeppina Vitali mükafatı.

Onegin Yusif oğlu Hacıqasımov

Azərbaycan-sovet şairi, Sovet ittifaqında məşhur olan bir çox mahnı sözlərinin müəllifi.

Aysel Məhəmməd qızı Teymurzadə

Müğənnisi. Azərbaycan Respublikasını 2009-cu ildə Moskva şəhərində keçirilən 54-cü Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir və 207 xalla 3-cü yeri tutmuşdur.