Asiyanın ən böyük riyaziyyat müsabiqələrindən olan AMO və SASMO olimpiadalarının qalibləri bu il Sinqapurda keçirilən SİMOC olimpiadasında iştirak etdi. Amerika, Kanada, Sinqapur, Çin, Yaponiya, Birləşmiş Krallıq, Türkiyə, Hindistan kimi ölkələrin də daxil olduğu 30-dan çox ölkədən toplam 1633 şagirdin iştirak etdiyi SİMOC olimpiadasında Azərbaycandan 129 şagird ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etdi. Azərbaycan komandasından 1 nəfər qızıl, 14 nəfər gümüş, 28 nəfər bürünc medal qazanmış və ölkəmiz müsabiqədə iştirak edən ölkələr arasında medal sayına görə 5-ci yeri tutmuşdur. Azərbaycan təhsilinin gücünü qlobal miqyasda bütün dünyaya canlı olaraq göstərən bu qaliblərimizi təbrik edir, onlara uğurlarının davamını arzu edirik.

Şagirdimiz Seferli Mirvari Kamal qızı da bu qaliblər sırasındadır.

Təbrik edirik