Bilik günü ilk zəng, ilk həyəcandır. Bu gün məktəb həyatına ilk dəfə qədəm qoyan birincilərin və onların valideynlərinin səbirsizliklə gözlədikləri bir gündür.

15 sentyabr ilk öncə şagirdlər, tələbələr, müəllimlər və təhsil sahəsində çalışan hər kəs üçün yeni tədris ilinin başlandığını qeyd etdikləri bayram günüdür.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Gülşən xanım Orucova

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixdə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında sərəncam imzaladığını vurğulamışdır.

Bu sərəncam Heydər Əliyev şəxsiyyətinə, onun tarixi xidmətlərinə yeni dəyərlər əsasında verilən qiymətdir.

Heydər Əliyev demişdir:

Biz müstəqil dövlət olaraq özümüzün təhsil sistemimizi istədiyimiz kimi qururuq. İndiyə qədər yaranmış təməlin üzərində Azərbaycan təhsili, məktəbi bundan sonra daha da təkmilləşəcəkdir.

Bilikli, savadlı, təhsilli cəmiyyətə malik dövlət qüdrətli dövlətdir.Bu dövlətin bir parçası da hörmətli məzunumuz İlham Əliyevin doğma məktəbidir.

Tədbirdə çıxış edən Səbayıl rayon İH -nin şöbə müdiri Qabil Vahidov birinciləri təbrik etmiş, onlara məktəb yollarında uğurlar diləmişdir.

Valideynlər adından Azərbaycan Yazıçılar Birliyinin üzvü,vətənpərvər mahnıların söz yazarı,prezident təqaüdçüsü Cəlal Qurbanov öz çıxışında şanlı qələbəmizin parlaq səhifələrini varaqladı.

Tədbirdə rəqs və xor kollektivləri, vokal ifaçıları çıxış etmişlər.