Milli Olimpiya Komitəsi Ocep layihəsi çərçivəsində ,Bakı şəhəri Tofiq İsmayılov adına 6 nömrəli məktəb lisey və Kəndirlə mübarizə idman cəmiyyəti İB birlikdə Kəndirlə mübarizə yarışı keçirilmişdir. Yarış Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuşdur. Yarışda məktəb Liseyinin 150 şagirdi həm oğlanlar və həmdə qarışıq (4 oğlan və 4 qız komandası) medallar uğrunda mübarizə apardırlar. Yarışın açılış mərasimi məktəb liseyin direktoru Gülşən xanım açıq elan etdi. Milli Olimpiya Komitəsinin əməkdaşı Ruslan Məmmədov məktəblilərə uğurlar arzu etdi. Yarışın mübarizəli və güclü rəqabət şəkilində baş tutdu. Məktəblilər Kəndirlə Mübarizə İdmanı Cəmiyyətinin İB prezidenti Elnur Şixəliyev tərəfindən mükafatlandırıldı. Həmçinin final mərhələsinə keçən hər bir məktəbli Kəndirlə Mübarizə İdmanı Cəmiyyətinin baş məşqçisi İlqar müəllim tərəfindən yığma komandaya dəvət olundu. Qeyd edək ki, məktəb lisey Ocep layihəsi çərçivəsində Böyük Britaniya təmsil edir və məktəbdə müntəzəm olaraq müxtəlif tədbirlər təşkil edilir.