“Heydər Əliyev ili”ilə bağlı silsilə tədbirlərə bu gün Musiqili Komediya Akademik teatrının səhnəsində “Bir ömürdə min ömür” adlı möhtəşəm ədəbi-bədii kompozisiya ilə yekun vuruldu. Tədbirdə millət vəkilləri, prezident administrasiyasının nümayəndələri, Səbail Rİ-nın başçısı, məktəb direktorları və digər mötəbər qonaqlar iştirak etmişdir. Səhnədə cərəyan edən hadisələr, şagirdlərin mükəmməl çıxışları, rəngarəng rəqslər tədbir iştirakçılarına unudulmaz hisslər yaşatdı.