Böyük qürur hissi ilə bildiririk ki, cari ilin 8 tarixində İndoneziya Respulikasının Bali şəhərində keçirilmiş “STEAM Ahead” olimpiadasında (İnternational Junior Math Olympiad) 6 nömrəli məktəb-liseyin 7b sinif şagirdi Səfərli Mirvari iştirak etmişdir. Qeyd edilən bilik yarışmasında (fərdi və komanda üzrə) fərqlənmə sertifikatı qazanaraq məktəbimizi bu nüfuzlu müsabiqədə layiqincə təmsil etmişdir.
Eyni zamanda bildiririk ki, cari ilin 19 iyul tarixində Sinqapurda keçirilən (SASMO 2023 Math) olimpiadasında 1 gümüş və 1 bürünc medal almaqla həm ölkəmizi, həm də təhsil aldığı məktəbimizi uğurla təmsil etmişdir.
Bununula əlaqədar olaraq, keçirilmiş müsabiqələrdə göstərdiyi uğurlu nəticələrinə görə tələbəmiz Mirvari Səfərlini təbrik edir, ona bu istiqamətdə səbr və zehin açıqlığı arzu edirik.