Azərbaycan Cüdo Federasiyası Azərbaycan gənclərinin məğrur tərəfdaşı Azercell ilə birgə keçirdiyi genişmiqyaslı layihənin növbəti mərhələsini elan edir!
“Söz verirəm” sosial kampaniyamız ölkəmizdə idmana olan marağı daha da artırmaq, cəmiyyətdə sağlam həyat tərzini təbliğ etməklə yanaşı, son zamanlar gənclər və yeniyetmələr arasında qlobal səviyyədə aktual olan qısnama (bullinq) mövzusuna toxunur. Azərbaycan Cüdo Federasiyası ilə “Azercell” gəncləri və bütün cəmiyyəti dostluq, nəzakət, cəsarət kimi dəyərlərə hörmət etməyə çağırır.