Məktəbin IB bölməsinin DP CAS şagirdləri hər il olduğu kimi bu il də Model BMT konfransı təşkil edirlər. Bugün keçirilən konfransda müxtəlif yerli və beynəlxalq məktəblərdən yüzlərlə tələbə iştirak edərək BMT-nin prinsipləri və onun necə fəaliyyət göstərdiyi haqqında daha çox məlumat əldə etmək imkanı qazanmaqla yanaşı, diplomatiya sahəsində öz bilik və bacarıqlarını inkişaf etdirirlər. Həmçinin, qonaq qismində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cənab Ayxan Hacızadə, Monteneqronun Azərbaycan Respublikasındakı Diplomatik Ofisinin rəhbəri Birinci katib xanım Milika Buriç, Elm və Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov konfransda qonaq qismində iştirak etdilər. Qonaqlar tələbələrlə öz təcrübə və tövsiyələrini paylaşaraq onlara təhsildə uğurlar arzu edərək, diplomatiya sahəsinə göstərdikləri marağa görə də uğurlar arzuladılar