“Məktəbli könüllü” proqramı barədə növbəti məlumatlandırma sessiyası 6 nömrəli məktəb-liseydə keçirilib.
“Bir Könüllü” Tələbə Təşkilatının təşəbbüsü, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Məktəbli könüllü” proqramı ictimai fəal və sosial məsuliyyətli məktəbli profilinin formalaşdırılması məqsədi ilə həyata keçirilir.
6 nömrəli məktəb-liseydə təşkil olunan məlumatlandırma sessiyasında açılış nitqi ilə çıxış edən məktəb direktoru Gülşən Orucova sosial fəaliyyətlərin hər bir yeniyetmənin həyatında əhəmiyyəti rol daşımasından bəhs edib və şagirdləri proqramın aktiv üzvləri olmağa dəvət edib.
Görüşün davamında “Məktəbli Könüllü” proqramının koordinatorları Ərhun Baxış və Gülpəri Muradova tərəfindən
məktəb şagirdlərinə proqramın məqsədi, gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətlər barədə ətraflı məlumat verilib, həmçinin şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Sonda məktəb şagirdləri üçün təşkil edilmiş komanda quruculuğu oyunları böyük maraqla qarşılanıb.
Qeyd edək ki, proqrama üzv qəbulu aşağıdakı keçid vasitəsi ilə 29 fevral 2024-cü il tarixinə qədər davam edir.