22.02.2024-cü il tarixdə Bakı Şəhər Gənclər və İdman İdarəsi Səbail rayon gənclər və idman sektorunun təşkilatçılığı və Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 6 nömrəli məktəb liseydə 26 fevral Xocalı soyqrımının 32-ci ildönümünə həsr olunmuş “Xocalı – Tarixin izi ilə” adlı sərgi və rəsm müsabiqəsi keçirilmişdir.Tədbirdə Bakı Şəhər Gənclər və İdman İdarəsinin Səbail rayonu üzrə gənclər və idman sektorunun müdiri Zamin Əhmədov, Səbail rayon İcra hakimiyyətinin şöbə müdiri Leyli Mirzəyeva, 6 saylı orta məktəbin direktoru Gülşən Orucova və bir sıra qonaqlar iştirak etmişdirlər.
30 nəfər şagirdin iştirak etdiyi rəsm müsabiqəsində qaliblər və bir qrup fərqlənən iştirakçılar münsiflər heyətinin qiymətləndirməsinə əsasən müəyyən edilmişdir. Tədbirin sonunda Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən müsabiqə qaliblərinə və fərqlənmiş iştirakçılara müvafiq diplomlar və hədiyyələr təqdim olunmuş, digər şagirdlərə isə iştiraklarına görə sertfikatlar verilmişdir.