2024-cü ilin fevral ayından etibarən Bakı Şəhəri üzrə Təhsil İdarələrinin tabeliyində olan məktəblərdə metodik işin təşkilinə başlanılıb.

Məktəbimizdə “Müasir metodik xidmətin təşkili” layihəsi çərçivəsində ibtidai sinif müəllimlərinin təlim ehtiyaclarını öyrənmək, onlara yerində dəstək olmaq məqsədi ilə dərsdinləmələr davam edir.

Qeyd edək ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikasının Təhsil İnstitutunun birgə həyata keçirdiyi layihənin məqsədi təhsilverənlərin metodiki və pedaqoji bacarıqlarını inkişaf etdirmək, onlara bu istiqamətdə dəstək göstərməkdir. Metodiki xidmətin tətbiqi keyfiyyətli təhsil üçün şərait yaradılması, müəllimlər arasında əməkdaşlıq, səmərəli müzakirələrin təşkilinə xidmət edir.