İnnovativ Təşəbbüslər” ictimai birliyinin təşəbbüsü Müdafiə və Elm və Təhsil Nazirliklərinin dəstəyi ilə T.İsmayılov adına 6 saylı məktəb- liseydə tədbir keçirilmişdir. Tədbirdə hərbi vətənpərvərlik mövzusunda maarifləndirici video roliklər nümayiş olundu. İctimai birliyin sədri Əşrəf Əhmədov çıxış edərək vəzifəsindən, peşəsindən asılı olmayaraq hər bir kəsin Azərbaycan dövlətinin əsgəri olmasnı şagirdlərin diqqətinə çatdırmış və Azərbaycan Ordusunun şanlı zəfər ilə bərpa etdiyi ərazi bütövlüyümüzü qoruyub inkişaf etdirmək yetişən gənc nəsil üçün ən ümdə duran vəzifə olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Tədbirdə iştirak edən direktor müavini vətənpərvərlik istiqamətində aparılan maarifləndirici tədbirlərin şagirdlər üçün əhmiyyətli olmasını qeyd edərək məktəbdə vaxtaşırı vətənpərvərlik mövzusunda aparılan profilaktik işlərdən bəhs etdi.

Tədbirdə iştirak edən 44 günlük Vətən Müharibəsinin iştirakçıları olmuş Şuşa fatehləri keçdikləri döyüş yollarından, Şuşanın azad olunmasından, qürürverici hisslər yaşadığı anlardan fəxarətlə şagirdlərə danışdılar . Tədbirin sonunda qazilər şagirdlərin və müəllimlərin suallarını cavablandırdları.