Yeni tədris ilinin başlanması münasibətilə Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseyin direktoru Gülşən Orucova şagirdləri və müəllim kollektivini təbrik edərək, hər kəsə yeni tədris ilində uğurlar, yüksək nailiyyətlər və zəngin biliklər arzulayıb.
Direktor öz müraciətində yeni tədris ilinin hər bir şagird üçün yeni biliklərə, kəşflərə və nailiyyətlərə aparan yol, müəllimlər üçün isə yeni pedaqoji uğurlar və yaradıcı fəaliyyət ili olacağına inamını ifadə edib.
“Arzu edirik ki, yeni tədris ili hər bir şagird və müəllim üçün yeni uğurların, böyük hədəflərin və gözəl başlanğıcların ili olsun. Şagirdlərimiz daim öyrənməyə, araşdırmağa və öz potensiallarını üzə çıxarmağa həvəs göstərsinlər. Müəllimlərimiz isə öz bilik, təcrübə və zəhmətləri ilə onların gələcəyə gedən yoluna işıq tutsunlar. Qarşıdakı tədris ilinin liseyimizin həyatında yeni nailiyyətlər, yaddaqalan layihələr və qürurverici nəticələrlə zəngin olmasını diləyirik.”
Yeni tədris ilində bütün şagirdlərimizə əzmkarlıq və yüksək nəticələr, müəllimlərimizə isə möhkəm sağlamlıq, tükənməz enerji və pedaqoji fəaliyyətlərində yeni uğurlar arzulayırıq.
Yeni tədris iliniz mübarək!











