Bəzi günlər təqvimdə sadəcə bir tarix deyil, xalqın yaddaşına əbədi həkk olunmuş səhifədir. 27 Sentyabr məhz belə bir gündür. 2020-ci ilin bu günü başlanan 44 günlük Vətən müharibəsində igid oğullarımız torpaqlarımızın azadlığı uğrunda ən əziz varlıqlarını, canlarını fəda etdilər. Onların qəhrəmanlığı sayəsində bu gün üçrəngli bayrağımız doğma torpaqlarımızda qürurla dalğalanır.
Anım Günü münasibətilə T. İsmayılov adına 6 nömrəli liseyin direktoru və müəllim kollektivi Zəfər abidəsini ziyarət edərək Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etdilər. Bu ziyarət bir daha xatırlatdı ki, bugünkü dinc səmamız, azad torpaqlarımız və övladlarımızın işıqlı gələcəyi şəhidlərimizin qanı bahasına qazanılıb.
Müəllim olaraq bizim ən müqəddəs borcumuz bu qəhrəmanlıq tarixini gənc nəslə çatdırmaq, şagirdlərimizi şəhidlərimizin əmanətinə layiq, Vətənini sevən vətəndaşlar kimi yetişdirməkdir. Adları yaddaşlarda yaşadıqca, şəhidlərimiz də yaşayacaq.
Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir, onların əziz xatirəsini dərin hörmət və minnətdarlıqla anırıq. Şəhid ailələrinə səbir, qazilərimizə cansağlığı arzulayırıq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Unutmadıq, unutmayacağıq, unutdurmayacağıq!
#27Sentyabr #AnımGünü #ŞəhidlərÖlməz #VətənSağOlsun










