“ƏN YAXŞI TƏQDİMAT” MÜSABİQƏSİNİN MƏKTƏB TURU
Tofiq İsmayılov adına 6 nömrəli liseydə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə, zəngin siyasi və dövlətçilik irsinə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin məktəb turu keçirilir.
Müsabiqədə məktəbimizin IX–XI sinif şagirdləri iştirak edə bilərlər.
🎯 Müsabiqənin məqsədi
Şagirdlərin Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsindəki xidmətlərini, təhsil, gənclər siyasəti, Azərbaycan dili və milli-mənəvi dəyərlərin qorunması istiqamətində fəaliyyətini daha dərindən araşdırmasına şərait yaratmaq, onların tədqiqat, təqdimat və natiqlik bacarıqlarını inkişaf etdirməkdir.
📚 Təqdimat mövzuları
1. Heydər Əliyev: “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”
2. Heydər Əliyevin uzaqgörən dövlətçilik və idarəçilik siyasəti qələbəmizin təməlidir
3. Heydər Əliyev Azərbaycan ordusunun qurucusudur
4. Ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsində Heydər Əliyevin rolu
5. Heydər Əliyev: “Təhsil millətin gələcəyidir!”
6. Heydər Əliyev və azərbaycançılıq məfkurəsinin milli ideologiya səviyyəsinə yüksəldilməsi
7. Heydər Əliyev və Azərbaycan dilinin inkişafı
8. Heydər Əliyevin gənclərin vətənpərvərlik, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyəsi istiqamətində çağırışları
9. Heydər Əliyev gənclərin ilham mənbəyidir
10. Heydər Əliyev və mənim doğma şəhərim (rayonum)
🏆 Qiymətləndirmə zamanı
Təqdimatın mövzunu dolğun əhatə etməsi, fakt və mənbələrdən düzgün istifadə, şagirdin mövzuya şəxsi və əsaslandırılmış yanaşması, nitqin səlisliyi və ifadəliliyi, fikirlərin məntiqi ardıcıllığı, təqdimatın maraqlı və yaradıcı qurulması nəzərə alınacaq.
⭐ Məktəbimizi ən yaxşı təqdimatla sən təmsil edə bilərsən!
Araşdır, düşün, öz fikrini əsaslandır və təqdim et!
“Ən yaxşı təqdimat” müsabiqəsinin məktəb turunda iştirak et və bilik, yaradıcılıq və natiqlik bacarıqlarını nümayiş etdir!
Tofiq İsmayılov adına 6 nömrəli lisey



