8 Noyabr – Zəfər Günü münasibətilə Tofiq İsmayılov adına 6 nömrəli liseydə «Vətənə Zəfər yaraşır!» adlı tədbir keçirildi.

Tədbirdə 7A sinfinin (sinif rəhbəri V. V. Abdullayeva) və 7M sinfinin (sinif rəhbəri M. İbrahimova) şagirdləri böyük sevgi və qürurla çıxış etdilər. Liseyimizin xoru Xuraman Təhməzovanın rəhbərliyi ilə musiqi nömrələri təqdim etdi.

Şəhidlərimizin övladlarının tədbirdə iştirakı bu günə xüsusi məna qatdı. Vətən uğrunda canlarını fəda edən qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edir, onların bizə əmanət etdiyi övladlarına dərin sevgi və qayğı ilə yanaşırıq.

Zəfərimizin tarixini yaşatmaq və gələcək nəsillərə ötürmək hər birimizin borcudur.

Tədbirin təşkilatçısı — Xuraman Təhməzova
Xoreoqraflar — Zülfiyyə İbrahimova və İlham İbrahimov

🇦🇿 Zəfər Günümüz mübarək! Qarabağ Azərbaycandır!