Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına əsasən, 2026-cı ilin sentyabr ayında “ƏLAÇI” televiziya layihəsinin 25-ci mövsümünün çəkilişləri keçiriləcək.
Layihədə iştirak etmək üçün Azərbaycanın müxtəlif regionlarında yerləşən ümumi təhsil müəssisələrinin yüksək bilik və dünyagörüşünə malik şagirdləri arasında seçim aparılır.
Bu məqsədlə 12 sentyabr 2026-cı il tarixində Bakı şəhəri 276 nömrəli tam orta ümumtəhsil məktəbində paytaxtın bütün rayonlarını əhatə edən ümumi təhsil müəssisələrinin 10-cu və 11-ci sinif şagirdləri arasında müsabiqə keçiriləcək.
Müsabiqədə iştirak üçün hər bir ümumi təhsil müəssisəsindən:
• 10-cu siniflər üzrə 3 şagird — 2 oğlan və 1 qız;
• 11-ci siniflər üzrə 3 şagird — 2 oğlan və 1 qız
təqdim olunmalıdır.



