22–27 sentyabr tarixlərində tədris distant formada təşkil ediləcək
Hörmətli müəllimlər, şagirdlər və valideynlər!
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 16.09.2026-cı il tarixli, 3-29/3-2-536F/2026 nömrəli əmrinə əsasən bildiririk ki, Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkətinin məhdudlaşdırılması nəzərə alınaraq, 22–27 sentyabr 2026-cı il tarixlərində məktəbimizdə tədris distant formada təşkil ediləcək.
📌 Dərslər məktəbin mövcud ümumi dərs cədvəlinə uyğun olaraq keçiriləcək.
Şagirdlərdən dərslərə vaxtında qoşulmaları, valideynlərdən isə qeyd olunan tarixlərdə distant tədrisin təşkili ilə bağlı məlumatı nəzərə almaları xahiş olunur.
Tofiq İsmayılov adına 6 nömrəli liseyin rəhbərliyi



