Müdiriyyət
Məktəbin strukturu
Orucova Gülşən Yasin qızı
Məktəbin direktoru
Gülşən xanım Orucova Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1987-ci ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2005-ci ildə ixtisasdəyişmə kursunu bitirərək II ixtisasa – ibtidai sinif müəllimi ixtisasına yiyələnim. 1989-cu ildən orta məktəbdə ibtidai sinif müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb.
G.Orucova 2001-2002-ci tədris ilində “İlin müəllimi” müsabiqəsində birinci yeri tutub. 18 il ibtidai siniflər üzrə məktəbin metodbirləşmə sədri olub. Təhsil Nazirliyinin təşkil etdiyi dərsliklərin müzakirəsində komissiyanın üzvü kimi işçi qrupunda çalışıb.
Ölkəmizdə həyata keçirilən kurikulum islahatına istinad edərək, 2008-2016-cı tədris illəri üçün çap olnunmuş müxtəlif dərliklərin və metodik vəsaitlərin həmmüəllifidir. 2007-2008-ci tədris ilində Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “Ən yaxşı 100 müəllim” müsabiqəsinin qalibi olub. 2010-cu ilin fevralında Azərbaycan Təhsil Nazirliyinin xətti ilə ABŞ-ın Cənubi Konnektikut ştatında keçirilən “Məktəb liderliyi” proqramının iştirakçısı olmuşdur. Gülşən xanım Orucovanın təhsil sahəsində xidmətləri Azərbaycan Respublikası Prezidenti tərəfindən yüksək qiymətləndirilmiş, o ölkə başçısının 4 mart 2010-cu il tarixli sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb. 2010-2011-ci tədris ildən 6 №-li məktəb-liseyin direktoru vəzifəsində çalışır. Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Dərslikləri Qiymətləndirmə Şurasının üzvüdür.