Veteran müəllimlər

Kazımova Emma Əlihəsən qızı 1931-ci ildə Bakı şəhərində anadan olub. Məktəbi bitirdikdən sonra Bakı Tibb Texnikumuna daxil olub. Texnikumu bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinə daxil olub.

1953-cü ildə 6 saylı məktəb-liseydə pedaqoji fəaliyyətə başlayıb. 2011-ci ilədək həmin məktəbdə pedaqoji fəaliyyətini davam etdirib. Kazımova Emma savadlı, səmimi, həssas bir müəllim kimi şagirdlərinin sevimlisi olub. Onun dərs dediyi şagirdlər bu gün müxtəlif sahələrdə çalışıraraq Azərbaycan dövlətinə həm sədaqətlə, həm də peşəkarlıqla xidmət edirlər.Təcrübəli pedaqoqun dərs dediyi şagirdlər arasında məktəbimizin fəxri məzunu Azərbaycanın siyasi və dövlət xadimi, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Heydər oğlu Əliyev də olub. Emma xanım həmişə şagirdləri ilə fəxr edib. O, həmişə inanırdı ki,  şagirdləri doğma Vətənimiz üçün dəyərli vətəndaşlar olacaq, peşəkarlığını göstərəcək, ölkəmizin inkişafında öz sözünü deyəcəklər. Məktəbimizin məzunları bu gün də Emma xanımı böyük hörmətlə yad edir və onun əziz xatirəsini həmişə uca tuturlar.

Azerbaijan time səhifə 10-14

İçərişəhər səhifə 24-26

 

 

 

Lyudmila Konstantinovna Frantseva (Amelina) 1935-ci il yanvarın 24-də Bakıda anadan olub.

7-ci sinfi bitirdikdən sonra M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumuna daxil olub. Oranı fərqlənmə diplomu ilə bitirərək ibtidai sinif müəllimi ixtisasına yiyələnib. 163 saylı məktəbdə ixtisası üzrə işə başlayıb. Eyni zamanda Lenin adına Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olub və oranı da fərqlənmə diplomu ilə bitirib. Sonralar 3 saylı məktəbdə dərs hissə müdiri və tarix müəllimi işləyib.

1972-ci ildə 6 nömrəli məktəbdə pedaqoji fəaliyyətə başlayıb və təqaüdə çıxana qədər burada çalışıb. Sonra müqavilə əsasında bir neçə il də bu məktəbdə işləyib.

Lyudmila Konstantinovna Frantseva 2017-ci il iyulun 8-də dünyasını dəyişib.