Siniflər

  • Siniflər
    1-ci sinif
    2-ci sinif
    3-cü sinif
    4-cü sinif
    6-cı sinif
    7-ci sinif
    8-ci sinif
    9-cu sinif
    10-cu sinif
    11-ci sinif
  • 1a

    Əlizamin Valeh oğlu Mustafalı

    34

    Şagirdlər

    214

    Sinif otağı

    Şükürova Pərvanə Eldar qızı

    İbtidai sinif müəllimi

    Əlizamin Mustafalı Valeh oğlu 1997-ci il 1 sentyabr tarixində Beyləqan rayonunda anadan olub. 2003-2012-ci illərdə orta təhsilini, Sumqayıt şəhər İ. Qayıbov adına 1 nömrəli tam orta məktəbində alıb. 2012-ci ildə 3 nömrəli peşə liseyinə daxil olmuş və 2015-ci ildə bitirmişdir.
    Ailəli idi, iki övladı var.
    Əlizamin Mustafalı 2015-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə çağrılıb. Hərbidə ixtisası DŞK pulemyot atıcısı olub. 2017-ci ildə hərbi xidməti uğurla başa vurub. 2020-ci il iyul döyüşləri zamanı General Polad Həşimov şəhid olandan sonra cəbhədə döyüşmək üçün könüllü yazılıb.

    Azərbaycan Ordusunun əsgəri olan Əlizamin Mustafalı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsidə Cəbrayıl, Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə olub. Əlizamin Mustafalı oktyabrın 21-də Hadrut istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub