Bu gün məktəbimizdə yeni dərs ili başlayır.

Ölkəmizdə təhsilin inkişafına və tərəqqisinə prezident İlham Əliyev tərəfindən xüsusi diqqət və önəm verilir.

Giriş sözü ilə tədbiri açan məktəbin direktoru Gülşən xanım Orucova məktəbin nailiyyətlərindən, abituriyent adını qazanmış məzunlarımıza uğurlar arzuladı.

“…bu gün mavi səma altında xoşbəxt yaşamağımıza, firavan şəraitdə təhsil almağımıza görə Azərbaycan torpaqlarını qarış-qarış, kənd-kənd işğaldan azad edən, uzun illərdən sonra doğma torpaqlarımızda yenidən üçrəngli, şanlı bayrağımızı ucaldan, Vətən müharibəsini Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa vuran şəhidlərimizə borcluyuq”- deyə direktor vurğuladı. Sonra torpaqlarımız uğrunda canlarını fəda edən şəhidlərimizin ruhu 1 dəqiqəlik sükütla yad edildi.

Tədbirdə valideynlər adından millət vəkili Aydın Mirzəzadə çıxış edərək məktəb kollektivini təbrik edib, müəllim və şagirdlərə uğurlar arzuladı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir