Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 2024-2025 ci tədris ilinin səmərəli təşkili ilə bağlı əmrinə əsasən bu il ilk dərs saatları “COP 29” və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuşdur.
5a sinfinin sinif rəhbəri Abdullayeva Viktoriya müəllimə şagirdlər üçün maraqlı təqdimat hazırlamış, şagirdlərin suallarını ətraflı cavablandırmışdır.


Ümumi təhsil müəssisələrində 2024–2025-ci tədris ilinin təşkili barədə” müvafiq əmrə əsasən, yeni tədris ilində 6 nömrəli məktəb-liseyin 3a sinfində ilk dərs “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunub.
Sinif müəllimi : Salmanova Larisa


“Yaşıl dünya naminə” həmrəylik ili çərçivəsində 1 B sinfində dərs keçirilib. Dərsdə yaşıllığı qorumağın, ətraf mühiti təmiz saxlamağın əhəmiyyətindən danışılıb. Şagirdlər “Yaşıl dünya naminə “ mövzusunda yeni biliklər əldə ediblər.
Sinif müəllimi: M Səbinə.





