5 oktyabr 2024-cü il tarixində 6 nömrəli məktəb-liseyin rəhbərliyi tərəfindən COP29-a həsr olunmuş IB Youth Leading The Change COP29 beynəlxalq konfransı keçirilmişdir.
Bu konfransın əsas məqsədi, 2024-cü ilin noyabr ayında Bakıda baş tutacaq COP29 konfransına hazırlıq çərçivəsində gənc nəsil tərəfindən iqlim dəyişikliyi ilə bağlı gözləntiləri və təklifləri müzakirə etmək idi. Məktəbin İB bölməsində təhsil alan DP2 şagirdi Ayla Rüstəmlinin CAS layihəsi çərçivəsində təşkil olunan bu tədbirdə müxtəlif ölkələrdən olan tələbələr Paris Sazişinin məqsədlərinə dəstək üçün qlobal səyləri müzakirə etmişlər.
Fəxri qonaqlar arasında Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin Müavini və COP29 Prezidentliyinin rəhbəri Yalçın İlqar oğlu Rəfiyev, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov və WWF Beynəlxalq COP29 Kommunikasiya Məşvərətçisi Elçin Sərdarov yer almışdır.
Tədbirdə həmçinin online olaraq COP29 panel qonaqları, o cümlədən Vekash Khan, Arry Simon və Dominika BMT-nin İnkişaf Proqramı Layihə Ofisinin layihə əməkdaşı Ms. Sawana Fabien də iştirak edərək bərpa olunan enerji, iqlim dəyişikliyinin azaldılması və layihə idarəçiliyi sahəsində öz təcrübələrini bölüşmüşlər.
Lokal və beynəlxalq məktəblərdən, o cümlədən TISA, İdrak Liseyi, Azərbaycan British College, Dunya School, Baku Oxford School, Baku European Lyceum, ADA və MLK-200 məktəblərinin şagirdləri də tədbirdə iştirak etmişdir.
Bu beynəlxalq tədbir vasitəsilə gənclər iqlim dəyişikliyi mövzusunda öz layihələrini və fikirlərini bölüşərək, gələcək qlobal səylərə töhfə verməyə çalışmışlar.
Bütün tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayır və onları qlobal iqlim problemlərinin həllində öz səylərini davam etdirməyə təşviq edirik.







