Elm və Təhsil Nazirliyinin və COP29 Sədrliyinin dəstəyi, “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə 24-25 oktyabr tarixlərində Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı keçirilib. T.İsmayılov adına 6 №li Məktəb-liseyin STEAM müəllimi mentor Hüseynova Çiçəyin rəhbərliyi ilə məktəbimizin 9 b sinif şagirdi Rəhimli Mir Cavad, 7 f sinif şagirdi Həsənzadə Fərid SAF2024 festivalında H2 Grand Prix PRO kateqoriyasında iştirak edən 19 komanda arasında 2-ci yer və 2 nominasiya – “ENERGY AWARD” və “PIT STOP” üzrə uğur qazanıblar. Bu münasibətlə komandamızı təbrik edir, onlara gələcək işlərində müvəffəqiyyət arzulayırıq.
Bu il festivalın final mərhələsinə ümumilikdə 244 komanda üzrə 900-dən çox iştirakçı qatılıb və onlardan 146-sı Böyük Britaniya, Türkiyə, Pakistan, Türkmənistan, Qazaxıstan, Çexiya, Slovakiya və ABŞ də daxil olmaqla 15 ölkəni təmsil edib. Məzmunun hazırlanması və iştirakçıların qiymətləndirilmə prosesində Danimarka, Slovakiya, Kanada və Türkiyə daxil olmaqla, ümumilikdə 10 müxtəlif ölkədən 17 münsif iştirak etmişdir.
Festival çərçivəsində “Yaşıl təşəbbüslər”, “Yaşıl kodlaşdırma”, “Hidrogen maşınların yarışı”, “Dron texnologiyaları”, “Bizim peykimiz”, “Robotların mübarizəsi”, “Gələcəyin mühəndisləri” və s. kimi mövzuları əhatə edən 9 kateqoriya üzrə yarış və sərgi-yarışlar təşkil olunmuşdur.



