8 b sinifində aparılan sorğununun nəticəsinə uyğun olaraq psixoloq Aqil Mübariz Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Xəzər Komplek Ekoloji Monitorinq İdarəsi və “AzeLab” MMC-nin əməkdaşlarını məktəb-liseydə dəvət etmişdir. Mobil laboratoriya vasitəsilə aparılan monitorinqlər zamanı suyun fiziki-kimyəvi göstəricilərini yerində təyin edən portativ cihazlar nümayiş etdirilmiş, ölçmə işləri əyani şəkildə şagirdlərə göstərilmişdir. Xəzər dənizindən götürülmüş su, dib çöküntüləri nümunələri üzərində aparılan kimyəvi, zooplankton, zoobentos və ekotoksikoloji analizlər haqqında məlumat verilmiş və şagirdlər mikroskopla suda yaşayan canlı orqanizimlərə baxmışdılar.