Siniflər
1K
Nicat Şükürlü Ayaz o
34
Şagirdlər
515
Sinif otağı
Eynullayeva Kəmalə Əbdül qızı
İbtidai sinif müəllimi
Nicat Şükürlü 1991-ci il oktyabrın 23-də Səbail rayonunun Badamdar qəsəbəsində anadan olub. 1998-2009-cu illərdə Bayıl qəsəbəsində 49 saylı “Intellect” liseyində təhsil alıb. 2014-2019-cu illərdə isə Slavyan Universitetində (BSU) “Beynəlxalq münasibətlər” üzrə ali təhsil alıb. Karate idman növü ilə məşğul olub və Azərbaycan daxili yarışlarda bir sıra nailiyyətlər əldə edib. Subay idi.
Nicat Şükürlü 2009-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun çavuşu olan Nicat Şükürlü 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nicat Şükürlü oktyabrın 11-də Hadrut döyüşləri zamanı şəhid olub. Səbail rayonunun Badamdar qəsəbəsində dəfn olunub.



