(012) 492 22 21

6lisey@baku.edu.gov.az

Bu gün Ukraynadan nümayəndə heyəti bizə qonaq gəldi. Zərifə Əliyeva adına İrpen Humanitar Liseyinin direktoru Valentina Antonenko həmkarları ilə. Yeni görüşləri səbirsizliklə gözləyirik.

Bilik günü ilk zəng, ilk həyəcandır. Bu gün məktəb həyatına ilk dəfə qədəm qoyan birincilərin və onların valideynlərinin səbirsizliklə gözlədikləri bir gündür. 15 sentyabr ilk öncə şagirdlər, tələbələr, müəllimlər və təhsil sahəsində çalışan hər kəs üçün yeni tədris ilinin başlandığını qeyd etdikləri bayram günüdür. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Gülşən xanım Orucova Azərbaycan […]

2022/2023-cü tədris ilində ümumi təhsil sahəsində görülmüş işlərin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 fevral tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 5.5.10-cu yarımbəndini rəhbər tutaraq əmr edirəm: 1. 2023/2024-cü tədris ili ölkənin bütün tipdən olan ümumi təhsil müəssisələrində (beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarının […]

  Məktəbimizin Tarix müəllimi Ülviyyə İsmayılova və Türkiyədən Aslıhan Karanın qurucusu olduğu L.E.A.R.N adlı beynəlxalq layihə uğurla icra olunub başa çatdırılaraq Milli Keyfiyyət Nişanına layiq görülmüşdür. Bu münasibətlə Ülviyyə müəllimi və layihənin iştirakçı şagirdlərini təbrik edir, gələcək işlərində müvəffəqiyyət arzulayırıq.

Yeni tədris ilinə həsr olunmuş pedaqoji şura iclası keçirilmişdir. İlk öncə təqaüdə çıxan müəllimlərə təşəkkür edilmiş, onlara can sağlığı və uğurlar arzu edilmişdir. Sonra məktəbin direktoru Orucova G.Y. 2023-2024-cü tədris ilində məktəb kollektivini qarşıda duran məsələlərlə tanış etmişdir.