“ƏN YAXŞI TƏQDİMAT” MÜSABİQƏSİNİN MƏKTƏB TURU Tofiq İsmayılov adına 6 nömrəli liseydə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə, zəngin siyasi və dövlətçilik irsinə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin məktəb turu keçirilir. Müsabiqədə məktəbimizin IX–XI sinif şagirdləri iştirak edə bilərlər. 🎯 Müsabiqənin məqsədi Şagirdlərin Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsindəki […]
Bəzi günlər təqvimdə sadəcə bir tarix deyil, xalqın yaddaşına əbədi həkk olunmuş səhifədir. 27 Sentyabr məhz belə bir gündür. 2020-ci ilin bu günü başlanan 44 günlük Vətən müharibəsində igid oğullarımız torpaqlarımızın azadlığı uğrunda ən əziz varlıqlarını, canlarını fəda etdilər. Onların qəhrəmanlığı sayəsində bu gün üçrəngli bayrağımız doğma torpaqlarımızda qürurla dalğalanır. Anım Günü münasibətilə T. İsmayılov […]
22–27 sentyabr tarixlərində tədris distant formada təşkil ediləcək Hörmətli müəllimlər, şagirdlər və valideynlər! Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 16.09.2026-cı il tarixli, 3-29/3-2-536F/2026 nömrəli əmrinə əsasən bildiririk ki, Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkətinin məhdudlaşdırılması nəzərə alınaraq, 22–27 sentyabr 2026-cı il tarixlərində məktəbimizdə […]
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Təhsil Oyunları Platforması” layihəsi çərçivəsində məktəb, lisey və kollec müəllimlərindən və inzibati işçilərindən ibarət komandalar üçün “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Respublika çempionatı elan olunur. 📄 Ətraflı məlumat: çempionatın şərtləri və qaydaları haqqında ətraflı məlumat qoşmada təqdim olunur. 📝 Qeydiyyat:Komandaların qeydiyyatı onlayn qaydada aparılır. ⏰ […]
Yeni tədris ilinin başlanması münasibətilə Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseyin direktoru Gülşən Orucova şagirdləri və müəllim kollektivini təbrik edərək, hər kəsə yeni tədris ilində uğurlar, yüksək nailiyyətlər və zəngin biliklər arzulayıb. Direktor öz müraciətində yeni tədris ilinin hər bir şagird üçün yeni biliklərə, kəşflərə və nailiyyətlərə aparan yol, müəllimlər üçün isə yeni pedaqoji uğurlar […]