COP29 ili çərçivəsində 5 sentyabrda ARTİ-nin təşkilatçılığı ilə Bakı şəhər T.İsmayılov adına 6 nömrəli məktəb-liseydə təhsilverənlər üçün “Azərbaycanın köməyi ilə təbii qaz təchizatı mənbələrinin şaxələndirilməsi” mövzusunda təlim keçirilib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Gülşən Orucova COP29 çərçivəsində təhsil müəssisələrində belə bir təlimin keçirilməsinin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, ulu öndər Heydər Əliyev siyasətinin […]
1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar psixoloq Aqil Mübariz məktəb liseyin 4b, 4n və 6c siniflərində təlim keçmişdir. Təlim zamanı nəzəri billiklər verilmiş, daha sonra tapşırıqlar üzərində qruplarla iş aparılmışdır. Təlimin sonunda şagirdlərə psixoloq tərəfindən “Uşaq Hüquqları Haqqında Konvensiya” haqqında bukletlər paylanılmışdır.
Mayın 27-də Səbail Rayon İcra Hakimiyyətində 28 May – Müstəqillik Günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavini Kəmalə Həşimova, Bakı şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Elnarə Əliyeva, RİHBA-nın məsul işçiləri, Səbail rayon Gənclər və İdman İdarəsinin əməkdaşları məktəbimizin əldə etdiyi nailiyyətlərə görə fərqlənən şagirdlərini təltif etmişlər.