Bu gün 4 b sinfində Həyat bilgisi fənnindən “Ətraf mühitin qorunması” mövzusunda maarifləndirici dərs keçirildi. Uşaqlar torpağın, suyun, havanın ekologiyası, eləcə də mövcud ekoloji problemlər və onların aradan qaldırılması, təbiətin qorunması barədə fikir mübadiləsi aparıb, bu mövzuda biliklərini nümayiş etdirdilər. Sinif rəhbəri: Səmədzadə Səbinə
Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda “Sağlam həyatı seç” adlı aksiyanın təşkil olunmuşdur. Aksiyanın əsas məqsədi qızlar arasında idmanın təşviqi, onların asudə vaxtlarının səmərəli təşkilidir. Bizim məktəbdən 8b sinfinin qızları idman müəllimi Nilufər xanımın rəhbərliyi ilə bu tədbirdə iştirak ediblər.
Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi T.İsmaylov adına 6 saylı məktəb – liseyinin “Məktəb jurnalistikası” layihəsinin təqdimatı mərasimi Bugün Bakı şəhəri T.İsmaylov adına 6 Nli məktəb – liseyində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Təhsildə İnkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi”nin qalibi olmuş “Məktəb jurnalistika” layihəsinin təqdimatı və ilk təlim-seminarları keçirilib. […]