8 b sinifində aparılan sorğununun nəticəsinə uyğun olaraq psixoloq Aqil Mübariz Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Xəzər Komplek Ekoloji Monitorinq İdarəsi və “AzeLab” MMC-nin əməkdaşlarını məktəb-liseydə dəvət etmişdir. Mobil laboratoriya vasitəsilə aparılan monitorinqlər zamanı suyun fiziki-kimyəvi göstəricilərini yerində təyin edən portativ cihazlar nümayiş etdirilmiş, ölçmə işləri əyani şəkildə şagirdlərə göstərilmişdir. Xəzər dənizindən götürülmüş su, dib çöküntüləri […]
Elm və Təhsil Nazirliyinin və COP29 Sədrliyinin dəstəyi, “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə 24-25 oktyabr tarixlərində Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı keçirilib. T.İsmayılov adına 6 №li Məktəb-liseyin STEAM müəllimi mentor Hüseynova Çiçəyin rəhbərliyi ilə məktəbimizin 9 b sinif şagirdi Rəhimli Mir Cavad, 7 f sinif şagirdi Həsənzadə Fərid SAF2024 festivalında H2 Grand Prix PRO kateqoriyasında […]
Bakı şəhəri 6 saylı məktəb-liseyin iki komandası STEAM Azərbaycan Festivalında Mexatronika kateqoriyasında 2-ci və 3-cü yerləri qazanıb. Mentor: Qurbanova Yaqut İxtiraçılar komandası 2-ci yer Komanda üzvləri: Mərəzadə Məhəmməd, Vəlili Cəfər SLY komandası 3-cü yer Komanda üzvləri: Nuhun Həmzə, Sənan Səfərli
5 oktyabr 2024-cü il tarixində 6 nömrəli məktəb-liseyin rəhbərliyi tərəfindən COP29-a həsr olunmuş IB Youth Leading The Change COP29 beynəlxalq konfransı keçirilmişdir. Bu konfransın əsas məqsədi, 2024-cü ilin noyabr ayında Bakıda baş tutacaq COP29 konfransına hazırlıq çərçivəsində gənc nəsil tərəfindən iqlim dəyişikliyi ilə bağlı gözləntiləri və təklifləri müzakirə etmək idi. Məktəbin İB bölməsində təhsil alan […]
Ermənistan Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, […]