(012) 492 22 21

6lisey@baku.edu.gov.az

Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020- ci il tarixli 2306 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət planı” nın icrası ilə bağlı məktəbdə paralel siniflər üzrə psixoloji təlimlər keçirilir.

6 saylı məktəb liseyin 5B sinif şagirdləri tərəfindən təşkil olunmuş “Yaşat” xeyriyyə yarmarkası. Sinif rəhbəri Abbasova Əsmər. Toplanmış məbləğ “Yaşat” fonduna ianə olunacaq. (1527 AZN)

Bu gün 4 b sinfində Həyat bilgisi fənnindən “Ətraf mühitin qorunması” mövzusunda maarifləndirici dərs keçirildi. Uşaqlar torpağın, suyun, havanın ekologiyası, eləcə də mövcud ekoloji problemlər və onların aradan qaldırılması, təbiətin qorunması barədə fikir mübadiləsi aparıb, bu mövzuda biliklərini nümayiş etdirdilər. Sinif rəhbəri: Səmədzadə Səbinə

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda “Sağlam həyatı seç” adlı aksiyanın təşkil olunmuşdur. Aksiyanın əsas məqsədi qızlar arasında idmanın təşviqi, onların asudə vaxtlarının səmərəli təşkilidir. Bizim məktəbdən 8b sinfinin qızları idman müəllimi Nilufər xanımın rəhbərliyi ilə bu tədbirdə iştirak ediblər.

8 noyabr – Zəfər Günü! 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü. 2d sinifin şagirdləri musiqili ədəbi kompozisiya hazırlamışdırlar. Sinif rəhbəri: Cəlalova İ.S. Bədii rəhbər: Əhədova S.