(012) 492 22 21

6lisey@baku.edu.gov.az

Yeni tədris ilinin başlanması münasibətilə Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseyin direktoru Gülşən Orucova şagirdləri və müəllim kollektivini təbrik edərək, hər kəsə yeni tədris ilində uğurlar, yüksək nailiyyətlər və zəngin biliklər arzulayıb. Direktor öz müraciətində yeni tədris ilinin hər bir şagird üçün yeni biliklərə, kəşflərə və nailiyyətlərə aparan yol, müəllimlər üçün isə yeni pedaqoji uğurlar […]

Bu gün IB Lisey №6-da 2026–2027-ci tədris ilinin başlanğıcını böyük qürur və sevinc hissi ilə qeyd etdik. Tədris ilinin Açılış mərasimi həyəcan, ilham və qarşıdakı uğurlu il üçün xoş arzularla yadda qaldı. Məktəbin direktoru və koordinatorları bütün şagirdlərə səmimi arzularını çatdıraraq onları yeni çağırışları qəbul etməyə, yeni imkanlar kəşf etməyə və bu tədris ilini unudulmaz […]

Məktəbimizdə “Son zəng” tədbiri keçirildi Bu gün məktəbimizdə XI sinif məzunlarının həyatında unudulmaz və əlamətdar günlərdən biri olan “Son zəng” tədbiri böyük coşqu və qürur hissi ilə qeyd olundu. Tədbirdə müəllimlər, valideynlər, məzunlar və fəxri qonaqlar iştirak etdilər. Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Çıxış edənlər məzunları bu əlamətdar gün münasibətilə təbrik edərək […]

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində maarifləndirmə işlərinin gücləndirilməsi, yeniyetmə və gənclərin sağlam həyat tərzinə təşviq olunması məqsədilə liseydə Səbail Rayon Polis İdarəsinin əməkdaşları ilə yuxarı sinif şagirdlərinin görüşü keçirilmişdir. Tədbirdə çıxış edən polis əməkdaşları narkotik vasitələrin insan sağlamlığına, psixoloji vəziyyətinə və cəmiyyətə vurduğu ağır zərərlər haqqında ətraflı məlumat vermiş, narkomaniyanın yaratdığı […]

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İkinci Qarabağ müharibəsində qazanılmış tarixi Zəfərdən sonra Vətən müharibəsinin başladığı günün xalqımızın yaddaşında əbədi yaşadılması məqsədilə həmin günün “Anım Günü” kimi qeyd olunması barədə qərar qəbul etmişdir. Bu məqsədlə 2020-ci il 2 dekabr tarixində Prezident İlham Əliyev Azərbaycanda Anım Gününün təsis edilməsi haqqında Sərəncam imzalamışdır. Hər il sentyabrın 27-də […]