2022/2023-cü tədris ilində ümumi təhsil sahəsində görülmüş işlərin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 fevral tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 5.5.10-cu yarımbəndini rəhbər tutaraq əmr edirəm: 1. 2023/2024-cü tədris ili ölkənin bütün tipdən olan ümumi təhsil müəssisələrində (beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarının […]
Məktəbimizin Tarix müəllimi Ülviyyə İsmayılova və Türkiyədən Aslıhan Karanın qurucusu olduğu L.E.A.R.N adlı beynəlxalq layihə uğurla icra olunub başa çatdırılaraq Milli Keyfiyyət Nişanına layiq görülmüşdür. Bu münasibətlə Ülviyyə müəllimi və layihənin iştirakçı şagirdlərini təbrik edir, gələcək işlərində müvəffəqiyyət arzulayırıq.