(012) 492 22 21

6lisey@baku.edu.gov.az

Xocalı faciəsindən 32 il ötür. T.İsmayılov adına 6 saylı məktəb-liseyin məktəb kollektivi Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib.

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını rəhbər tutaraq silsilə tədbirlərə davam edirik. 6D sinfin təşkil etdiyi yarmarkadan toplanan məbləğ ağacəkmə aksiyasına öz töhfəsini verəcəkdir.

22.02.2024-cü il tarixdə Bakı Şəhər Gənclər və İdman İdarəsi Səbail rayon gənclər və idman sektorunun təşkilatçılığı və Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 6 nömrəli məktəb liseydə 26 fevral Xocalı soyqrımının 32-ci ildönümünə həsr olunmuş “Xocalı – Tarixin izi ilə” adlı sərgi və rəsm müsabiqəsi keçirilmişdir.Tədbirdə Bakı Şəhər Gənclər və İdman İdarəsinin Səbail rayonu üzrə […]

T. İsmayılov adına 6 saylı məktəb-liseyin direktoru Gülşən Orucova mükafatlandırılıb. “Mənim üçün qürurverici haldır ki, 35 illik pedaqoji fəaliyyətim dövründə artıq 4-cü dəfədir ki, Dövlət təltifinə layiq görülürəm. Əsası Ulu Öndər tərəfindən qoyulmuş dövlət siyasətinə hər zaman sadiq bir müəllim olaraq əməyimə verilən yüksək qiymətə görə minnətdarlığımı bildirirəm.”