Böyük qürur hissi ilə bildiririk ki, cari ilin 8 tarixində İndoneziya Respulikasının Bali şəhərində keçirilmiş “STEAM Ahead” olimpiadasında (İnternational Junior Math Olympiad) 6 nömrəli məktəb-liseyin 7b sinif şagirdi Səfərli Mirvari iştirak etmişdir. Qeyd edilən bilik yarışmasında (fərdi və komanda üzrə) fərqlənmə sertifikatı qazanaraq məktəbimizi bu nüfuzlu müsabiqədə layiqincə təmsil etmişdir. Eyni zamanda bildiririk ki, cari […]
“Heydər Əliyev ili”ilə bağlı silsilə tədbirlərə bu gün Musiqili Komediya Akademik teatrının səhnəsində “Bir ömürdə min ömür” adlı möhtəşəm ədəbi-bədii kompozisiya ilə yekun vuruldu. Tədbirdə millət vəkilləri, prezident administrasiyasının nümayəndələri, Səbail Rİ-nın başçısı, məktəb direktorları və digər mötəbər qonaqlar iştirak etmişdir. Səhnədə cərəyan edən hadisələr, şagirdlərin mükəmməl çıxışları, rəngarəng rəqslər tədbir iştirakçılarına unudulmaz hisslər yaşatdı.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 4 dekabr 2023-cü il tarixində saat 13:00-da Dənizkənarı Milli Park ərazisində “Peşələr festivalı”ı keçirilmişdir.Festival iştirakçıları müasir əmək bazarının tələbləri ilə tanış oldu, təqdim olunan peşələrin tanınmış mütəxəssisləri ilə görüşdü, əyani şəkildə müvafiq peşə və ixtisasların incəlikləri ilə tanış olaraq, öz maraq və istəklərinə uyğun peşə seçimində məsləhət xidmətindən faydalana […]
Anti-bullinq həftəsi çərcivəsində psixoloq Aqil Mübariz məktəb-liseyin 7 b və 7c sinflərində maarifləndirici təlim keçmişdir. Təlim zamaı şagirdlərə bullinqlə bağlı məlumat verilmiş, müxtəlif video roliklər nümayiş etdirilmiş, şagirdlərlə maraqlı müzakirə aparılmışdır. Məqsəd təhsil müəssəsində sağlam,təklühəsiz mühitin formalaşmasında şagird-psixoloq əməkdaşlığının artırılmasıdır.
Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin növbəti təlimi keçirilmişdir. Mövzu: “Yazı bacarıqları.” Peşəkar yazı bacarıqları sizi daha yaxşı kommunikator edir. Qrammatik, leksik normaların və zaman formalarının yerində istifadə olunması qarşı tərəfdə sizə qarşı güvən yaradır və sizə peşəkar imic qazandırır.Yazı bacarıqlarınızı inkişaf etdirməyin ən yaxşı yollarından biri […]